Rusiya prezidenti, Vladimer Putin, Türkiyədə Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. Kremlin rəsmi veb saytında dərc olunan məlumata əsasən, Putinin Türkiyəyə səfəri 11 dekabrda planlaşdırılır.
Rusiya prezidentinin mətbuat xidməti məlumatına görə, prezidentlərin görüşündə ikitərəfli əməkdaşlığın aktual məsələləri, ən başlıca, energetika sahəsində birgə böyük layihələrin həyata keçirilməsi müzakirə olunacaq.
Bundan, Putin və Ərdoğan beynəlxalq problemləri, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Suriya böhranının tənzimlənməsini müzakirə edəcəklər.
Bu, 2017-ci ildə Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın yeddinci görüşü olacaq.