Vladimer Putin – Tramp administrasiyasının öz sələflərinin bir çox stereotiplərini, beynəlxalq münasibətlərdə böhrana səbəb olan qaydaları rədd etməsi mühümdür
ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə ilk təmas müəyyən ümidlər yaradır – bu haqda Rusiya Prezidenti Vladimer Putin açıqlayıb.
Rusiya Prezidenti bildirib ki, Qərb elitaları dünyada qeyri-sabitliyi qoruyub saxlamaq istəyir və Rusiya ilə ABŞ arasında dialoqa maneə olmağa çalışırlar.
Vladimer Putin iddia edir ki, Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən heç vaxt imtina etməyib.
Vladimer Putinin bəyanatına əsasən, Rusiya Silahlı Qüvvələri ciddi beynəlxalq dialoqun başlanması üçün şərait yaradıb.
Həmçinin, Rusiya Prezidenti qeyd edib ki, Qərbin hərəkətləri onların daxili nizamının dağılmasına gətirib çıxarıb.
“İndiki tərəfdaşlarımızın praqmatizm, hadisələrə real baxış nümayiş etdirmələri və öz sələflərinin bir çox stereotiplərini, əslində, bütün beynəlxalq münasibətlər sisteminin böhranına səbəb olan qaydaları və messianist ideoloji klişeləri rədd etmələri mühümdür. Və əslində bunu siz və mən görürük, Qərb cəmiyyəti özü daxildən parçalanmağa başlayıb. Bunu bir çox Qərb ölkələrinin iqtisadiyyatındakı və daxili siyasətindəki problemlər sübut edir. Biz hamımız bunu görürük və bu, xüsusilə bu ölkələrdə daxili siyasi hadisələrin gedişində özünü büruzə verir” – Vladimer Putin bildirib.