Vladimer Putin – Tez və ya gec Rusiya ilə Avropa arasında münasibətlər bərpa olunacaq, Avropada Rusiyanın mövqeyini bölüşən çox insan var, lakin çox azı öz fikrini ifadə edir

21:15, 30.04.2025

 

Tez və ya gec Rusiya ilə Avropa arasında münasibətlər mütləq bərpa olunacaq – bu barədə Rusiya Prezidenti Vladimer Putin bildirib.

Rusiya Prezidenti bildirib ki, hazırda vəziyyət İkinci Dünya Müharibəsi zamanı olduğundan daha ağırdır.

Vladimer Putin iddia edir ki, Avropada Rusiyanın mövqeyini bölüşən çox insan var, lakin onlardan çox azı öz fikrini ifadə edir.

“Bəziləri susur, bəziləri isə çox ehtiyatla nəsə ifadə edir ki, xüsusilə diqqət çəkməsinlər. Avropa İttifaqında az sayda insan rəsmi hakimiyyətin təzyiqi altında öz nöqteyi-nəzərini ifadə etmək, sadəcə ifadə etmək deyil, həm də ona – öz nöqteyi-nəzərinə malik olduğunu göstərmək cəsarətinə malikdir” – Vladimer Putin bildirib.

Oxşar