Vladimer Putin – Rusiyaya Ukraynada Rusiyanın sabit inkişaf və əmin-amanlığını təmin edəcək sülh variantı lazımdır, başqasına məxsus olan heç nəyə ehtiyacımız yoxdur, amma özümüzə məxsus olandan da əl çəkməyəcəyik
Rusiyaya Ukraynada Rusiyanın sabit inkişaf və əmin-amanlığını təmin edəcək sülh variantı lazımdır – bu haqda Rusiya Prezidenti Vladimer Putin “Vətən Müdafiəçiləri” Fondunun qadın əməkdaşları və benefisiarları ilə görüşü zamanı bildirib.
Putinin sözlərinə əsasən, “başqasına məxsus olan heç nəyə ehtiyacları yoxdur”.
“Biz özümüz üçün bizə uyğun olan və uzun tarixi perspektivdə ölkəmiz üçün əmin-amanlığı təmin edəcək sülh variantını seçməliyik. Başqasına məxsus olan heç nəyə ehtiyacımız yoxdur, amma özümüzə məxsus olandan da əl çəkməyəcəyik. Bizə sülh və təhlükəsizlik şəraitində ölkəmizin sabit inkişafını təmin edəcək variant lazımdır” – Putin bildirib.