Vladimer Putin Rusiya və Ukrayna sərhədi boyunca təhlükəsizlik məqsədilə bufer zonasının yaradılması barədə qərar qəbul edildiyini bildirib
Vladimer Putin Rusiya və Ukrayna sərhədi boyunca təhlükəsizlik məqsədilə bufer zonasının yaradılması barədə qərar qəbul edildiyini bildirib

 

Rusiya Prezidenti Vladimer Putin Rusiya və Ukrayna sərhədi boyunca təhlükəsizlik məqsədilə bufer zonasının yaradılması barədə qərar qəbul edildiyini bildirib.

Putin, Rusiya Silahlı Qüvvələrinin bu tapşırığı yerinə yetirdiyini deyib.

“Sərhədlər boyunca zəruri təhlükəsizlik məqsədilə bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Silahlı qüvvələrimiz indi bu tapşırığın öhdəsindən gəlir” – Vladimer Putin bildirib.

Həmçinin, Rusiya Prezidenti Kursk, Belqorod və Bryansk vilayətlərinin bərpasından danışıb. Putinin qeyd etdiyi kimi, bu bölgələrdə yollar və digər infrastruktur bərpa edilməlidir.