Vladimer Putin – Rusiya və Çin arasında əməkdaşlıq dünyada sabitləşmənin əsas amillərindən biridir, ölkələr ədalətli nizam istiqamətində koordinasiyanı gücləndirirlər

20:39, 22.10.2024

 
Rusiya və Çin arasında əməkdaşlıq dünyada əsas sabitləşdirici amillərdən biridir, ölkələr qlobal təhlükəsizlik və ədalətli dünya nizamı istiqamətində koordinasiyanı gücləndirirlər – bu haqda Rusiyanın Prezidenti Vladimer Putin Kazanda Çin Xalq Respublikasının Prezidenti Si Dzinpinlə görüş zamanı deyib.

Putin bildirib ki, ikitərəfli ticarətdə ötən ilin rekordlarından sonra Rusiya və Çin mənfi xarici təsirlərə baxmayaraq, iqtisadi artım dinamikasını qoruyub saxlayırlar.

Rusiyanın Prezidentinin bəyanatına əsasən, iki ölkə enerji, sənaye, yüksək texnologiyalar, nəqliyyat, kənd təsərrüfatı və bir çox digər sahələrdə birgə layihələri uğurla həyata keçirir.

Öz növbəsində Çinin Prezidenti qeyd edib ki, beynəlxalq arenada ciddi iğtişaşlar Rusiya ilə Çin arasında münasibətlərin toxunulmazlığını sarsıda bilməz.

Çinin lideri qeyd edib ki, iki ölkə arasında beynəlxalq vəziyyətin sınağından çıxmış münasibətlər on il ərzində misli görünməmiş xarakter alıb.

Bu il Rusiya və Çin diplomatik münasibətlərin qurulmasının 75 illiyini qeyd edirlər. 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi rekord həddə çatıb – 227,8 milyard dollar təşkil edib. 2024-cü ildə, danışıqların materiallarında qeyd edildiyi kimi, ikitərəfli ticarət artmağa davam edir.

Kazanda oktyabrın 24-dək davam edəcək “BRİCS” sammiti keçirilir.

Oxşar