Vladimer Putin – Rusiya hər zaman Afrika xalqlarının yanında olub və onlara müstəmləkə zülmünə qarşı mübarizədə kömək edirdi
Rusiya hər zaman Afrika xalqlarının yanında olub və onlara müstəmləkə zülmünə qarşı mübarizədə kömək edirdi — bu barədə Rusiya Prezidenti Vladimer Putin Moskvada, Afrika qitəsinin 20-dən çox ölkə liderinin iştirak etdiyi Rusiya-Afrika üçüncü sammitində açıqlayıb.
Putinin iddiasına əsasən, Rusiya Afrika dövlətlərinə azadlıq, həqiqi müstəqillik, suveren inkişaf və öz siyasi və ya sosial-iqtisadi modellərini seçmək hüququ uğrunda mübarizədə hərtərəfli və təmənnasız dəstək göstərib.
“Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiya Afrika dövlətlərinin suverenliyinin qorunmasını, dayanıqlı artıma nail olunmasını, həmçinin onların iqtisadiyyatlarının və sosial sahələrinin gücləndirilməsini dəstəkləyirdi və hələ də dəstəkləyir. Bu məqsədlərə çatmaq üçün biz bütün bu istiqamətlərdə sizinlə əməkdaşlığı davam etdirməyə hazırıq” — Rusiya Prezidenti qeyd edib.
Putinin sözlərinə əsasən, Rusiya və Afrikanı bir-biri ilə dostluğun və sıx tərəfdaşlığın həqiqətən möhkəm əlaqələrinin birləşdirməsi vacibdir.
“Biz diktədən və ikili standartlardan azad olan, beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin fundamental prinsiplərinə hörmətə əsaslanan çoxqütblü, həqiqi demokratik dünya nizamının qurulmasında təbii müttəfiqlərik” — Vladimer Putin qeyd edib.