Vladimer Putin – Rus hərbçilər Kursk vilayətində düşmən qüvvələrinin məhv edilməsini həyata keçirirlər
Rusiya Prezidenti Vladimer Putin bildirir ki, rus hərbçilər Kursk vilayətində düşmən qüvvələrinin məhv edilməsini həyata keçirirlər. Bu haqda Putin Rusiyanın Baş Prokurorluğunun kollegiyasının iclasında danışıb.
“Bizim qoşunlarımız bir az bundan əvvəl sürətli, olduqca cəsarətli və effektiv əməliyyatlar seriyası keçirdilər və Kursk vilayətində düşmən qüvvələrinin qrupunun məhv edilməsini həyata keçirirlər” – Putin bildirib.
Putin qeyd edib ki, “Rusiya ərazisinə daxil olmuş ukraynalı hərbçilər və xarici muzdlu döyüşçülər mülki əhaliyə qarşı cinayətlər törədiblər, buna görə də Rusiya qanunvericiliyinə əsasən, onlar terrorçular kimi təsnif edilirlər”.
Kremlin məlumatına əsasən, Vladimer Putin hərbi prokurorlara cinayətkarların aşkar edilməsi və ədalətli cəzalandırılmasını tapşırıb.