Vladimer Putin ölkənin silahlı qüvvələrinin sayının 27 000 nəfər, o cümlədən 25 000 hərbi qulluqçu ilə artırılması haqqında əmr imzalayıb

10:18, 28.07.2026

 

Rusiya Prezidenti Vladimer Putin ölkənin silahlı qüvvələrinin sayının 27 000 nəfər, o cümlədən 25 000 hərbi qulluqçu ilə artırılması haqqında əmr imzalayıb.

Nəticədə Rusiya Silahlı Qüvvələrinin sayı 2 426 130 nəfər təşkil edir, hərbi qulluqçuların sayı isə 1 535 000 nəfərə çatacaq.

Bu, 2026-cı ildə Rusiya Prezidenti tərəfindən silahlı qüvvələrin sayının artırılması ilə bağlı qəbul edilən artıq üçüncü qərardır.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Vladimer Putinin yeni səfərbərlik dalğasına hazırlaşdığını bildirmişdi.

Oxşar