Vladimer Putin nüvə enerji qurğusuna malik pilotsuz sualtı aparat "Poseidon"un sınaqdan keçirildiyini bildirib
Vladimer Putin nüvə enerji qurğusuna malik pilotsuz sualtı aparat "Poseidon"un sınaqdan keçirildiyini bildirib

 

Rusiya Prezidenti Vladimer Putin nüvə enerji qurğusu ilə təchiz olunmuş pilotsuz sualtı aparat “Poseidon”un sınaqdan keçirildiyini bildirib. Putin bu haqda yaralı hərbçiləri ziyarət edərkən danışıb.

Putin bildirib ki, sınaq zamanı “Poseidon”un nüvə enerji qurğusu uğurla işə salınıb və aparat “müəyyən müddət ərzində fəaliyyət göstərirdi”. Rusiya Prezidentinin bəyanatına əsasən, bu nüvə qurğusu ilə təchiz olunmuş aparat unikal sürət və dərinlikdə hərəkət edə bilir.

“Burevestnik” raketi halında danışdığım bütün üstünlüklərdən başqa burada da minimal ölçülərdir, nüvə reaktoru sualtı qayıqdakından 100 dəfə kiçikdir. Bunun əvəzinə, “Poseidon”un gücü ən perspektivli uzun mənzilli qitələrarası raketimiz “Sarmat”ın gücündən xeyli çoxdur. Dünyada belə bir silah yoxdur” – Putin bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Putin və Rusiyanın Baş Qərargah rəisi nüvə enerji qurğusu ilə təchiz olunmuş “Burevestnik” qanadlı raketinin sınağı haqda məlumat yaymışdılar. “Burevestnik”lə bağlı verilən bəyanata cavab olaraq ABŞ Prezidenti Donald Tramp Putinə raketləri sınaqdan keçirmək yerinə, Ukraynada müharibəni bitirməyi məsləhət görüb.