Vladimer Putin nazirliklərə və xüsusi xidmət orqanlarına nüvə silahının sınağının başlanması imkanını öyrənməyi tapşırıb
Vladimer Putin nazirliklərə və xüsusi xidmət orqanlarına nüvə silahının sınağının başlanması imkanını öyrənməyi tapşırıb

 

Rusiya Prezidenti Vladimer Putin digər ölkələr nüvə sınaqları keçirərsə, Rusiyanın cavab tədbirləri görməyə məcbur olacağını bildirib.

“Hələ 2023-cü ildə demişdim ki, əgər Amerika Birləşmiş Ştatları və ya müvafiq müqavilənin digər iştirakçı dövlətləri oxşar sınaqlar keçirərsə, o zaman Rusiya da müvafiq, adekvat cavab tədbirləri görməyə məcbur olacaq” – Vladimer Putin qeyd edib.

Bununla yanaşı, Vladimer Putin nazirliklərə və xüsusi xidmət orqanlarına nüvə silahının sınağının başlanması imkanını öyrənməyi tapşırıb.

“Xarici İşlər Nazirliyinə, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və müvafiq mülki qurumlara bu məsələ ilə bağlı əlavə məlumat toplamaq, onun təhlilini aparmaq və nüvə silahının sınağı üçün hazırlığın mümkün başlanması haqda təkliflər təqdim etmək üçün hər şeyi etməyi tapşırıram” – Vladimer Putin bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona “Amerika Birləşmiş Ştatlarının nüvə silahının sınağına dərhal başlamağı” tapşırdığını bəyan edib.