Vladimer Putin - Mütləq edəcəyimizi demirəm, lakin Ukraynaya hücumlarda kömək edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirəcəyik
Rusiya Prezidenti Vladimer Putin Ukraynanın rus tankerlərinə və gəmilərinə hücumlarını dəniz quldurluğu olaraq qiymətləndirib. Vladimer Putin bu haqda investisiya forumunda çıxışından sonra mediaya deyib.
Onun sözlərinə əsasən, Ukrayna qüvvələri əvvəllər də Rusiyanın limanlarına hücum etməyə çalışıblar, Rusiya da buna oxşar hücumlarla cavab verib və bu, ilk növbədə Ukraynaya hərbi texnika və döyüş sursatı daşıyan gəmilərə hücum demək idi.
“Lakin, indi Rusiya Ukrayna liman avadanlıqlarına və Ukrayna limanlarına daxil olan gəmilərə hücumların miqyasını genişləndirəcəyini artıq istisna etmir. Əgər bu davam edərsə, biz bu ehtimalı nəzərdən keçirəcəyik, lakin bunu mütləq edəcəyimizi demirəm, yalnız Ukraynaya bu əməliyyatları həyata keçirməkdə kömək edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirəcəyik. Ən radikal forma isə Ukraynanın dənizə çıxışını qadağan etməkdir. Onlar artıq prinsipcə dəniz quldurluğunu edə bilməyəcəklər. Ümid edirəm ki, Ukraynanın hərbi və siyasi liderləri və onların arxasında dayananlar belə bir təcrübəni davam etdirməyə dəyib-dəymədiyi barədə düşünəcəklər” – Putin bildirib.