Vladimer Putin Kremldə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofla görüşür

13:44, 06.08.2025

 

Rusiya Prezidenti Vladimer Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla görüşür.

Stiv Uitkof Moskvaya bu gün gedib. Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev onu hava limanında qarşılayıb.

Stiv Uitkof Rusiyaya bu il artıq beşinci dəfə səfər edir. Onun Moskvaya sonuncu səfəri aprelin 25-də baş tutub, bundan əvvəl aprelin 11-də isə Sankt-Peterburqda olub.

Oxşar