Vladimer Putin – Kollektiv Qərbin rusofob hissəsi Rusiya ilə mübarizə aparır, lakin ölkə yenə də irəliyə gedir və uğurlar qazanır

20:59, 13.07.2026

 

Kollektiv Qərbin rusofob hissəsi Rusiya ilə mübarizə aparır, lakin ölkə yenə də irəliyə gedir və uğurlar qazanır – bu haqda Rusiya Prezidenti Vladimer Putin “Xalq Cəbhəsi”nin “Hər şey qələbə üçün!” adlı forumundakı çıxışı zamanı deyib.

“Tez-tez sual verirlər, necə olur ki, dırnaqarası kollektiv Qərbin bütün rusofob, təcavüzkar hissəsi bizimlə mübarizə aparır, biz isə iqtisadiyyatımızı inkişaf etdiririk, maliyyəmizi gücləndiririk, silahlı qüvvələrimizi təkmilləşdiririk, hərbi-sənaye kompleksi sahəsində yeni nəticələr əldə edirik və irəliyə doğru gedirik? Bizim oğlanlar, bizim döyüşçülər irəliləyirlər” – Vladimer Putin bildirib.

Bununla yanaşı, onun sözlərinə əsasən, bu nəticələr qismən ölkənin 20 milyondan çox vətəndaşını birləşdirən “Xalq Cəbhəsi”nin fəaliyyəti sayəsində mümkün olub.

Oxşar