Vladimer Putin – Kənardan yanacaq və energetika kompleksində destabilizasiyaya səbəb olmaq cəhdlərinə baxmayaraq, daxili iqtisadiyyatın vəziyyəti stabildir
Rusiya Prezidenti Vladimer Putin bazarda mövcud yanacaq problemlərinə baxmayaraq, ölkə iqtisadiyyatının stabil qaldığını bildirib. Bu haqda Putin hökumət üzvləri ilə iqtisadi məsələlərə dair keçirilən görüş zamanı bildirib.
O, yanacaq sahəsindəki çətinliklərin müvəqqəti olduğunu və ümumi iqtisadi dinamikaya təsir göstərə bilməyəcəyini deyib.
“Kənardan yanacaq və energetika kompleksində destabilizasiyaya səbəb olmaq cəhdlərinə baxmayaraq, daxili iqtisadiyyatın vəziyyəti, onun əsas sektorları stabildir. Yanacaq sahəsində bizə yaradılan çətinliklər müvəqqəti xarakter daşıyır və ümumi iqtisadi dinamikaya təsir göstərə bilməz” – Putin bildirib.