Vladimer Putin - İrana qarşı heç bir əsaslandırması olmayan tamamilə əsassız təcavüzdür, İran xalqını dəstəkləmək üçün səylərimizi əsirgəmirik
Rusiya Prezidenti Vladimer Putin Kremldə İranın xarici işlər naziri Abbas Arağçi ilə görüşüb.
Rusiya mediasının yazdığı kimi, görüş zamanı Vladimer Putin İrana vurulan zərbələri əsassız təcavüz adlandırıb və onun sözlərinə görə, bunun heç bir əsaslandırması yoxdur.
“Bu, İrana qarşı heç bir əsası və əsaslandırması olmayan tamamilə əsassız təcavüzdür” – Rusiya Prezidenti qeyd edib.
Bununla yanaşı, Vladimer Putinin bəyanatına əsasən, Rusiya İran xalqına kömək etməyə hazırdır.
“Bizim İranla illərdir davam edən yaxşı və etibarlı münasibətlərimiz var. İran xalqını dəstəkləmək üçün öz tərəfimizdən səylərimizi əsirgəmirik” – Vladimer Putin bildirir.