Vladimer Putin "Gürcüstan, Abxaziya və Cənubi Osetiya ilə sərhədin delimitasiyası və demarkasiyası vəzifələrini" tapşırdığı xüsusi nümayəndə təyin edib
Rusiya Prezidenti Vladimer Putin dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə “Gürcüstan, Abxaziya və Cənubi Osetiya ilə sərhədin delimitasiyası və demarkasiyası vəzifələrini” tapşırdığı xüsusi nümayəndə təyin edib.
Putinin müvafiq sərəncamı hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Sözügedən sərəncamla Nikolai Udoviçenko Rusiya Prezidentinin sərhədin delimitasiyası və demarkasiyası məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
“Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin fövqəladə tapşırıqlar səfiri Nikolai Udoviçenko Rusiya Federasiyası Prezidentinin Müstəqil Dövlətlər Birliyinin üzvü olan qonşu dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilsin, eləcə də ona Abxaziya Respublikası, Gürcüstan və Cənubi Osetiya Respublikası ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası vəzifələri tapşırılsın” – Putinin sərəncamında deyilir.
Udoviçenko həmçinin Xəzər dənizi məsələsi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilib. Əvvəllər bu iki vəzifəni Mixail Petrakov tuturdu.
Udoviçenko 2019-2024-cü illərdə Rusiyanın Qırğızıstandakı səfiri vəzifəsini tuturdu.