Vladimer Putin Finlandiya Prezidenti və Norveçin Baş naziri ilə telefon danışığı aparıb, daha sonra isə liderlər Volodimir Zelenski ilə danışıblar
Rusiya Prezidenti Vladimer Putin Finlandiya Prezidenti Aleksandr Stub və Norveçin Baş naziri İonas Qar Stiore ilə telefon danışığı aparıb. Bu barədə “TASS”a Kremlin mətbuat katibi Dimitri Peskov məlumat verib.
Məlumatı Finlandiya Prezidentinin Administrasiyasında da təsdiqləyirlər və qeyd edirlər ki, daha sonra hər iki lider Ukrayna Prezidenti Volodimir Zelenski ilə də əlaqə saxlayıb.
Finlandiya Prezidentinin Administrasiyasının məlumatına əsasən, Putinlə söhbət Abu-Dabidə gözlənilən görüşlərə aid olub. Bundan əvvəl Zelenski Ukrayna, Rusiya və ABŞ danışıqçılarının noyabrın əvvəlində Abu-Dabidə texniki səviyyəli görüşlərin keçirilməsinə dair razılığa gəldiklərini bəyan etmişdi.
“Biz Rusiyanın qonşusu olan ölkələrik. Bu müharibənin nəticəsi birbaşa bizim və bütövlükdə Avropanın təhlükəsizliyinə təsir edir. Müharibəyə son qoyulması üçün birbaşa danışıqlar lazımdır” – Stub bildirib.
Stub və Stiore Avropa adından danışmadıqlarını bildiriblər.
Bundan əvvəl Finlandiya Prezidenti Aleksandr Stub Avropa üçün yeni təhlükəsizlik strukturunun yaradılması zamanı Rusiya ilə etimadın bərpası mexanizmlərinin də inkişaf etdirilməli olduğunu qeyd etmişdi.