Vladimer Putin, Emmanuel Makron və Ursula fon der Laien Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etməyəcəklər
Rusiyanın Prezidenti Vladimer Putin, Fransanın Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etməyəcəklər. Bu barədə “Euronews” məlumat yayır.
Artıq 100-dən çox dövlət və hökumət başçısı konfransda iştirakını təsdiqləyib.
Avropadan Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa və İspaniyanın liderləri BMT-nin konfransında iştirak edəcəklərini açıqlayıblar.
Dünya liderləri, 200-ə yaxın ölkənin qlobal orta temperaturun artımını 1,5 dərəcəyə qədər məhdudlaşdırmağa “çalışacaqlarına” dair razılaşdığı doqquz il əvvəl Parisdə qarşıya qoyulan hədəfi müzakirə etmək üçün gələn həftə Azərbaycanın paytaxtı Bakıda toplaşacaqlar.
İnkişaf etməkdə olan ölkələrin getdikcə artan ekstremal hava şəraiti ilə mübarizə aparması və birbaşa təmiz enerjiyə keçməklə qalıq yanacaqlardan asılılıqdan imtina etmələri üçün trilyonlarla dolları kimin ödəməsi debatların əsas məsələsi olacaq.
Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi Konfransı noyabrın 11-22-də keçiriləcək.