Vladimer Putin – Əgər yaşamaq istəyiriksə və hər kəs yaşamaq istəyir, gəlin dostcasına yaşayaq və buna necə nail ola biləcəyimizin yollarını birlikdə axtaraq

21:28, 01.10.2026

 

Əgər yaşamaq istəyiriksə və hər kəs yaşamaq istəyir, bunu necə edəcəyimizin yollarını birlikdə axtaraq – bu barədə Rusiya Prezidenti Vladimer Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasında bəyan edib.

“Əgər yaşamaq istəyiriksə və hər kəs yaşamaq istəyir, çıxışlarımın birində artıq dediyim kimi: gəlin dostcasına yaşayaq və buna necə nail ola biləcəyimizin yollarını birlikdə axtaraq” – Putin bildirib.

Bununla yanaşı, Rusiyanın lideri qeyd edib ki, etimadın bərpası “mürəkkəb, kövrək prosesdir, onu qurmaq çox çətin, pozmaq isə çox asandır”.

O, hətta ən yaxın tərəfdaşların maraqlarının belə tam üst-üstə düşə bilməyəcəyini deyib.

“Hətta ən yaxın tərəfdaşların maraqları belə tam üst-üstə düşmürsə, rəqabət, kəskin qarşıdurma və üstəlik konfrontasiya münasibətlərində olan ölkələr haqqında nə demək olar ki” – Putin bildirib.

Oxşar