Vladimer Putin döyüş zonasındakı qrupların rəhbərliyini dəyişib
Rusiya Prezidenti Vladimer Putin döyüş zonasındakı qrupların rəhbərliyini dəyişib. Ölkənin Müdafiə Nazirliyinin təklifi ilə bütün arxa cəbhə xidmətləri vahid rəhbərlik altında birləşdiriləcək və bu xidmətə general-polkovnik Valeri Solodçuk rəhbərlik edəcək.
Rus mediasının məlumatına əsasən, onun komandanlığı altında “Mərkəz”in döyüşçüləri Donetsk vilayətində Krasnoarmeysk və Dimitrov üzərində nəzarəti ələ keçirib və Dobropolye sektorunda mühüm irəliləyiş əldə ediblər. O, həmçinin Xarkov sektorundakı əməliyyatlara rəhbərlik edib və Kursk vilayətinin azad olunmasına cavabdeh olub.
Dəyişikliklərə əsasən, “Mərkəz” qruplaşması general-polkovnik Andrey İvanayevin komandanlığı altına keçəcək. General-leytenant Pyotr Bolqarev “Vostok” qrupunun komandiri vəzifəsinin icraçısı olacaq, general-polkovnik Denis Lyamin isə Pilotsuz Sistemlər Qoşunlarına rəhbərlik edəcək.