Vladimer Putin - Donald Trampın administrasiyası döyüş əməliyyatlarının dayandırılmasına nail olmaq üçün bu prosesdə enerjili səy göstərir
Vladimer Putin - Donald Trampın administrasiyası döyüş əməliyyatlarının dayandırılmasına nail olmaq üçün bu prosesdə enerjili səy göstərir

 

Rusiya Prezidenti Vladimer Putin ABŞ-la cari danışıqlar prosesini şərh edib.

Onun sözlərinə əsasən, Donald Trampın administrasiyası döyüş əməliyyatlarının dayandırılmasına nail olmaq üçün bu prosesdə enerjili səy göstərir.

“Amerikanın indiki administrasiyası ilə hansı mərhələdə olduğumuzu sizə danışacağam, hər kəsə məlum olduğu kimi, mənim fikrimcə, kifayət qədər enerjili və səmimi səy göstərir ki, döyüş əməliyyatları dayandırılsın, böhran sona çatsın və həm ölkələrimiz arasında, həm də Avropada və bütün dünyada sülh üçün uzunmüddətli şəraitin yaradılması naminə bu münaqişədə iştirak edən bütün tərəflərin maraqlarına uyğun bir razılaşmaya nail olaq” – Putin qeyd edib.

Bununla yanaşı, Rusiya Prezidenti ABŞ-la təmasların növbəti mərhələsində strateji hücum silahına nəzarət sahəsində razılığın əldə olunmasının mümkünlüyünü istisna etmir.