Vladimer Putin - Çinli dostların Rusiya vətəndaşları üçün vizasız səyahət haqda qərarı aramızdakı təmasları genişləndirəcək, minnətdarıq və tezliklə cavab tədbirləri görəcəyik
Vladimer Putin - Çinli dostların Rusiya vətəndaşları üçün vizasız səyahət haqda qərarı aramızdakı təmasları genişləndirəcək, minnətdarıq və tezliklə cavab tədbirləri görəcəyik

 

Rusiya Prezidenti Vladimer Putin, Rusiya və Çin arasında vizasız səyahətin iki ölkə arasında münasibətləri gücləndirəcəyini bildirib. Putin bu haqda Kremldə Çinin Baş naziri Li Tsianla görüşdə danışıb.

“Çinli dostların Rusiya vətəndaşları üçün vizasız səyahət haqda qərarı aramızdakı təmasları genişləndirəcək. Xoş niyyətin bu jesti üçün minnətdarıq və Rusiyaya səfər edən Çin Xalq Respublikasının vətəndaşları üçün tezliklə cavab tədbirləri görəcəyik. Əminəm ki, bu, iqtisadi və humanitar əlaqələrə böyük təsir göstərəcək” – Vladimer Putin qeyd edib.

Məlumat üçün bildirək ki, Çin sentyabrda rus pasportu sahibləri üçün sınaq rejimdə vizasız səyahətin başlayacağını elan edib. Çində 30 günlük qalma müddəti ilə vizasız rejim sentyabrın 15-dən bir il müddətinə işə salınıb.