Rusiya Prezidenti Vladimer Putin Pekinə rəsmi səfər edib.
Çinin xarici işlər naziri Vanq Yi Rusiya Prezidentini hava limanında qarşılayıb.
Rusiya liderinin Çinə səfəri 19-20 may tarixlərində baş tutacaq. Putin Çində Si Dzinpinin dəvəti ilə səfərdədir.
Çinin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, iki prezident ikitərəfli münasibətlər, müxtəlif sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərə dair müzakirə aparacaq.
Çinin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, hər iki tərəf dünyada daha çox sabitliyin bərqərar olması üçün münasibətləri gücləndirmək üçün bu fürsətdən istifadə etməyə çalışacaq. Bununla yanaşı, məlum olduğu kimi, Putin rəsmi səfər çərçivəsində Çinin Baş naziri Li Tsian ilə də görüşəcək və onunla ticarət və iqtisadi məsələləri müzakirə edəcək.
“Reuters”in məlumatına əsasən, bu, Putinin Çinə 25-ci səfəridir. Onların məlumatına əsasən, bu il Çin-Rusiya Strateji Koordinasiya Tərəfdaşlığının qurulmasının 30-cu ildönümü və Çin-Rusiya Yaxşı Qonşuluq və Dostluq Əməkdaşlıq Müqaviləsinin imzalanmasının 25-ci ildönümü qeyd olunur.
Bununla yanaşı, Rusiya mediasının məlumatına əsasən, tərəflər hərtərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təxminən 40 sənəd imzalayacaqlar.