Vladimer Putin Çində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşüb
Rusiya Prezidenti Vladimer Putin Çində Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşüb və ona Türkiyənin Rusiya üçün “etibarlı tərəfdaş” olduğunu deyib.
Görüşdə Vladimer Putin qeyd edib ki, “Rusiya-Türkiyə enerji tərəfdaşlığı strateji xarakter daşıyır”.
O, Rusiyanın Türkiyə üçün təbii qazın əsas təchizatçılarından biri olduğunu deyib. Bununla yanaşı, Vladimer Putin Rusiya-Ukrayna müharibəsinin həlli səylərinə verdiyi töhfəyə görə Türkiyəyə təşəkkür etdiyini bildirib.
“Maydan İstanbulda Rusiya-Ukrayna birbaşa danışıqlarının üç raundu keçirilib, bu, bir sıra praktik humanitar məsələlər üzrə irəliləyişə kömək edib” – Rusiya Prezidenti qeyd edib.
Öz növbəsində, Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, İstanbulda keçirilən danışıqları müharibənin sülh yolu ilə həllinə kömək etmək hesab edir.