Vladimer Putin Birləşmiş Ərəb Əmirliklərinin Donald Trampla görüş üçün münasib yer ola biləcəyini bildirir
Vladimer Putin Birləşmiş Ərəb Əmirliklərinin Donald Trampla görüş üçün münasib yer ola biləcəyini bildirir

 

Rusiya Prezidenti Vladimer Putin Birləşmiş Ərəb Əmirliklərinin ABŞ Prezidenti Donald Trampla görüş üçün münasib yer ola biləcəyini bildirir.

“Belə tədbirin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Belə dostlardan biri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentidir. Düşünürəm ki, biz qərar verəcəyik, lakin bu, ən uyğun yerlərdən biri olardı” – Putin bildirib.

Putin həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş üçün şəraitin yaradılması hələ uzaq perspektivdir.

Məlumat üçün bildirək ki, avqustun 7-də Kremldə yaxın günlərdə ABŞ və Rusiya prezidentlərinin görüşünün keçiriləcəyini təsdiqləyiblər.