Vladimer Putin bildirir ki, insanların ömrünün uzadılması məsələsini Çinin lideri qaldırıb
Vladimer Putin bildirir ki, insanların ömrünün uzadılması məsələsini Çinin lideri qaldırıb

 

Rusiya Prezidenti Vladimer Putin Pekində keçirilən parad zamanı Çinin lideri Si Dzinpinlə insanların ömrünün uzadılması haqqında danışdıqlarını təsdiqləyib.

Rusiya Prezidenti bu barədə mətbuat konfransında deyib.

“Bu mövzunu Çinin lideri qaldırdı. Bu mövzunu zamanında İtaliyanın sabiq baş naziri Silvio Berluskoni fəal şəkildə inkişaf etdirirdi. Bəli, müasir vasitələr, sağlamlaşdırıcı və tibbi vasitələr, o cümlədən orqanların dəyişdirilməsi ilə bağlı cərrahi üsullar insanlığa ümid etməyə imkan verir ki, aktiv həyat bu gün olduğu qədər davam etməyəcək, müxtəlif ölkələrdə orta yaş fərqlidir, əksinə, insan ömrünün müddəti əhəmiyyətli dərəcədə uzanacaq” – Vladimer Putin bildirib.

Daha əvvəl “Reuters” agentliyi Pekində hərbi parada gedərkən Si Dzinpin və Vladimer Putinin biotexnologiyalardan, orqan transplantasiyası və 150 ilə qədər ömür sürmək imkanından danışdıqları haqda məlumat yaydı.