Vladimer Putin – Amerikalı danışıqçıları Avropa dövlətlərinin sülh, yoxsa müharibə istədiklərini aydınlaşdırmağa çağırıram
Amerikalı danışıqçıları Avropa dövlətlərinin sülh, yoxsa müharibə istədiklərini aydınlaşdırmağa çağırıram – bu barədə Rusiya Prezidenti Vladimer Putin Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner ilə görüşü zamanı açıqlayıb.
Bununla yanaşı, onun sözlərinə əsasən, Rusiya Ukraynada uzunmüddətli və möhkəm sülhün bərqərar olmasını istəyir.
“Biz çox istərdik ki, hörmətli cənablar, siz, eləcə də Amerika administrasiyası avropalı müşavirlərlə işləyəsiniz ki, onlar nəhayət nə istədiklərinə qərar versinlər – müharibə, yoxsa sülh” – Putin bildirib və əlavə edib: “Sülhün müddətinə, onun davamlılığına və etibarlılığına gəlincə, biz də bunun əbədi sülh olmasını istəyirik“.
Məlumat üçün bildirək ki, Kremldəki görüş Birləşmiş Ştatlar, Ukrayna və Rusiya nümayəndə heyətlərinin iştirakı ilə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra baş tutur. Danışıqların əsas məsələlərindən biri ərazilərlə bağlı fikir ayrılığıdır.