Vladimer Putin Aleksandre Darçiyevi Rusiyanın ABŞ-dakı səfiri təyin edib

13:33, 06.03.2025

 
Vladimer Putin Aleksandre Darçiyevi Rusiyanın ABŞ-dakı səfiri təyin edib. Səfir təyin olunana qədər diplomat Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru vəzifəsində çalışıb.

Rusiyanın xarici işlər naziri Serqei Lavrovun bəyanatına əsasən, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqları zamanı Rusiyanın ABŞ-dakı səfiri və ABŞ-nin Rusiyadakı səfirinin təyin edilməsini nəzərdə tutan razılaşma əldə olunub.

Rusiya Federasiyasının ABŞ-dakı əvvəlki səfiri Anatoli Antonov Vaşinqtondakı missiyasını 2024-cü ilin oktyabrında başa vurub.

Rusiya mediasının məlumatına əsasən, Vaşinqton Darçiyevin səfir təyin olunması ilə bağlı rəsmi notanı aqremanla fevralın 27-də İstanbulda Moskvaya təqdim edib.

Oxşar