Vladimer Putin - ABŞ sanksiyalarının müəyyən nəticəsi olacaq, lakin iqtisadi vəziyyətimizə ciddi şəkildə əks olunmayacaq
Vladimer Putin - ABŞ sanksiyalarının müəyyən nəticəsi olacaq, lakin iqtisadi vəziyyətimizə ciddi şəkildə əks olunmayacaq

 

Özünə hörmət edən heç bir ölkə və ya özünə hörmət edən heç bir insan heç vaxt təzyiq altında heç nəyə qərar vermir – bu haqda Rusiya Prezidenti Vladimer Putin media ilə söhbəti əsnasında deyib.

Putin ABŞ tərəfindən Rusiyanın iri neft şirkətlərinə qarşı tətbiq edilən sanksiyaları Rusiya-Amerika münasibətlərinə dəstək verməyən qeyri-dost addım adlandırıb.

“Yeni sanksiyalara gəlincə, ilk növbədə, bunda yeni heç nə yoxdur. Bəli, onlar bizim üçün ciddi xarakter daşıyır, bu aydındır və müəyyən nəticələri olacaq, lakin iqtisadi vəziyyətimizə ciddi şəkildə əks olunmayacaq. Prezident Tramp ilk prezidentliyi dövründə Rusiyaya qarşı indiyədək tətbiq olunmuş ən çox sanksiyanı tətbiq etmişdi. Bu gün onların iki aspekti var — sırf siyasi və iqtisadi. Siyasiyə gəlincə, bu, Rusiyaya təzyiq göstərmək cəhdidir. Özünə hörmət edən heç bir ölkə və ya özünə hörmət edən heç bir insan heç vaxt təzyiq altında heç nəyə qərar vermir. Rusiya isə, şübhəsiz ki, özünü özünə hörmət edən ölkələr və millətlər sırasında saymaq imtiyazına malikdir. Əlbətdə, bu, Rusiyaya qarşı qeyri-dost hərəkətdir, bu aydındır. Bu, indi bərpa olunmağa başlayan Rusiya-Amerika münasibətlərini gücləndirmir” – Putin bildirib.

Vladimer Putinin Budapeştdə Donald Trampla görüş məsələsini şərh edərkən qeyd etdiyi kimi, böyük ehtimalla, ABŞ Prezidenti görüşün təxirə salınmasından danışır.

“Dialoq həmişə nəsə qarşıdurmadan, mübahisədən və ya üstəlik müharibədən yaxşıdır. Bu səbəbdən hər zaman dialoqun davam etdirilməsini dəstəkləmişik və indi də dəstəkləyirik” – Putin bildirib.

Məlumat üçün bildirək ki, ABŞ-nin Xəzinədarlıq Departamenti Rusiyanın iki ən böyük neft şirkəti “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar tətbiq edib.