Rusiya Prezidenti Vladimer Putin İranın xarici işlər naziri Abbas Arağçi ilə görüşüb.
Medianın məlumatına əsasən, Putin İran xalqının çətin dövrün öhdəsindən gələcəyinə və sülhün bərqərar olacağına ümid etdiyini qeyd edib.
Rusiya dövlət xəbər agentliyi RİA-nın məlumatına əsasən, Putin Rusiyanın İranın və regionun digər ölkələrinin maraqlarından irəli gələrək hər şeyi edəcəyini bildirib.
“Tərəfimizdən sülhə mümkün qədər tez bir zamanda nail olmaq üçün sizin maraqlarınıza, regionun bütün xalqlarının maraqlarına xidmət edən hər şeyi edəcəyik” – Putin qeyd edib.
Öz növbəsində Arağçi Vladimer Putinə dəstəyə görə təşəkkür edib.
O, iki ölkə arasında münasibətlərin yaxşı inkişaf etdiyini və güclənəcəyini bildirib. Abbas Arağçi həmçinin İranın Amerika Birləşmiş Ştatları ilə mübarizəsini davam etdirəcəyini bildirib.
“Bütün dünya təsdiq edib ki, İran xalqı müqaviməti və cəsarəti ilə Amerika hücumlarına və Amerika təcavüzünə müqavimət göstərə bilib və bu dövrə tab gətirə biləcək” – Abbas Arağçi bildirib.
Medianın məlumatına əsasən, görüşdə həmçinin Rusiyanın xarici işlər naziri Serqei Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostiukov iştirak edib. Abbas Arağçidən başqa, İran nümayəndə heyətinə onun müavini Kazem Ğaribabadi və İranın Moskvadakı səfiri Kazem Calali daxil idi.