Vladimer Putin - Əgər kimsə ölkəmizə tüpürə biləcəyini düşünürsə, bilməlidir ki, biz Rusiyanın əli-qolu bağlı ətrafda gedən proseslərə baxmasına heç vaxt imkan verməyəcəyik
Fridrix Mertsin bəyanatı Ukraynada indi baş verən faciəyə görə şəxsən özünü yox, ölkəsini və ümumilikdə kollektiv Qərbi məsuliyyətdən azad etmək üçün uğursuz cəhddir – bu barədə Putin Almaniyanın kanslerinin Fridrix Mertsin Rusiya Prezidentini hərbi cinayətkar adlandırdığı bəyanatını şərh edərkən deyib.
“Fikrimcə, bu Ukraynada indi baş verən faciəyə görə şəxsən özünü yox, ölkəsini və ümumilikdə kollektiv Qərbi məsuliyyətdən azad etmək üçün uğursuz cəhddir. Nəyi nəzərdə tuturam? Mən dəfələrlə demişəm və xatırladacağam, 2014-cü ildə üç Avropa ölkəsinin nazirləri Kiyevə gəldi və Ukraynanın o dövrdəki hakimiyyəti, o zaman prezident olan Yanukoviç və müxalifət arasında mahiyyətinə görə razılaşma olan sənədi imzaladılar. Bu razılaşmaya əsasən, bütün mübahisəli siyasi məsələlər konstitusiya çərçivəsində, qanuni, sülh yolu ilə həll edilməli idi. Bir neçə günə isə Ukraynada qanlı və qəddar dövlət çevrilişi baş verdi. Müqaviləni imzalayan qarantlardan heç biri vəziyyəti hüquqi çərçivəyə qaytarmaq üçün barmağını belə qaldırmadı” – Putin bildirib.
Rusiya Prezidenti həmçinin bir daha bəyan edib ki, Ukraynada müharibənin başlamasına görə məsuliyyət Ukrayna hakimiyyəti və Qərbin üzərinə düşür.
“Bundan sonra Krımda hadisələr başladı, bundan sonra Kiyev rejimi bu dövlət çevrilişi ilə razılaşmayan bölgələrdə dinc əhaliyə qarşı zirehli texnika və aviasiyadan istifadə etməklə döyüş əməliyyatlarına başladı. Sonra onlar bizim bu problemi sülh yolu ilə həll etmək cəhdlərimizi rədd etdilər və faktiki olaraq, Minsk razılaşmasını həyata keçirməkdən açıq şəkildə imtina etdilər və buna görə kimdir günahkar? – əlbətdə, vəziyyəti bu həddə çatdıran, Rusiyanın təhlükəsizlik maraqlarına tam şəkildə məhəl qoymayanlar. Əgər kimsə belə edə biləcəyini, ölkəmizə tüpürə biləcəyini düşünürsə, bilməlidir ki, biz Rusiyanın əli-qolu bağlı ətrafında gedən proseslərə baxmasına və heç bir reaksiya verməməsinə heç vaxt imkan verməyəcəyik” – Putin bildirib.