Vladimer Bortsvadze - yalandır, sankı biz cinayətkarı yaxaladıq və əlimizdən qaçdı
Yalandır, sankı biz cinayətkarı yaxaladıq və əlimizdən qaçdı, – bu barədə Gürcüstan Daxili İşlər naziri müavini, Vladimer Bortsvadze Sameqrelo-Zemo Svaneti Dairə Polisində brifinqdə bəyan etdi.
Onun dediyinə görə, DİN yaxalanma baş verən anı məlumat yayacaq.
“Bu yalandır ki, sankı biz cinayətkarı yaxaladıq və əlimizdən qaçdı. Söz verirəm, cinayətkarın yaxalanması baş verdikdən sonra, dönmədən, birinci bizdən eşidəcəksiniz”, – Bortsvadze bəyan etdi.
21 oktyabrda Zuqdididə “Gürcüstan Bankına” silahlı şəxs soxularaq 43 vətəndaşı girov götürdü. Bir neçə saatlıq danışıqlardan sonra, girovların əksəriyyəti mərhələ şəklində azad edildi. Onları Sameqrelo-Zemo Svaneti Dairə Polisinin rəisi, Avtandil Qaldava əvəz etdi. Hücumçu Qaldava və üç girov ilə birlikdə bankı tərk etdi. Onların hər dördü gecə azad olundu.