Vladimer Bojadze - Qeyd edilməli olan əsas məsələ ölkədə son 13 ildə fasiləsiz hökm sürən sülh və sabitlikdir, xüsusən də son üç il sülhü qoruyub saxlamağımız üçün ən ağır olub
Vladimer Bojadze - Qeyd edilməli olan əsas məsələ ölkədə son 13 ildə fasiləsiz hökm sürən sülh və sabitlikdir, xüsusən də son üç il sülhü qoruyub saxlamağımız üçün ən ağır olub

 

13 il əvvəl faktiki olaraq, bir neçə aya “Milli Hərəkat”ı və qanlı rejimi məğlub edə bilən siyasi partiya quruldu – bu barədə “Gürcü Arzusu”nun üzvü Vladimer Bojadze bildirib.

Bojadze bildirib ki, 13-cü ildönümündə Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suveren ölkədir.

“Avropa İttifaqı ilə əldə etdiyimiz bütün uğurlar məhz “Gürcü Arzusu” ilə bağlıdır. Təbii ki, 2030-cu ildə Avropa İttifaqı üzvlüyünə hazır olmaq, digər namizəd dövlətlər arasında ən hazırlıqlı olmaq üçün əlimizdən gələni edəcəyik. Qeyd edilməli olan əsas məsələ ölkəmizdə son 13 ildə fasiləsiz hökm sürən sülh və sabitlikdir və xüsusən də məhz son üç il sülhü və sabitliyi qoruyub saxlamağımız üçün ölkəmizdə ən ağır olub.

Son dörd ildə biz iqtisadiyyatda faktiki olaraq ikirəqəmli artım əldə etmişik. Bu il artıq hər bir vətəndaşa düşən gəlir 10 min dolları ötəcək
və gələcək illərdə də sülhü, sabitliyi qoruyub saxlamaq, ölkənin tərəqqisini və inkişafını davam etdirmək üçün hər şeyi edəcəyik” – Vladimer Bojadze bildirib.

Bu gün “Gürcü Arzusu”nun əsasının qoyulmasından 13 il tamam olub.