Vladimer Bojadze - Müxalifət birləşmək əvəzinə, 26 Mayın qarşıdurma günü olmasını istəyir, bu günü xalqla birlikdə qeyd etməyi planlaşdırırıq, əgər kimsə qanunu pozarsa, dövlət müvafiq şəkildə hərəkət edəcək
Vladimer Bojadze - Müxalifət birləşmək əvəzinə, 26 Mayın qarşıdurma günü olmasını istəyir, bu günü xalqla birlikdə qeyd etməyi planlaşdırırıq, əgər kimsə qanunu pozarsa, dövlət müvafiq şəkildə hərəkət edəcək

 

Müxalifətin arzusu budur ki, birləşmək günü əvəzinə, 26 May qarşıdurma günü olsun, toqquşmalar baş versin. Bu, barəsində daha əvvəl də danışdığımız planın bir hissəsidir – bu barədə parlament çoxluğunun üzvü Vladimer Bojadze bildirib.

Bojadze bildirib ki, ölkənin ukraynalaşdırılması və maydanlaşdırılması planı heç vaxt həyata keçməyəcək.

“26 May Gürcüstanın Müstəqillik Günüdür. Faktiki olaraq, Gürcüstanın doğum günüdür. Ona görə də bu tarixi ləyaqətlə, biz gürcülərə yaraşan şəkildə qeyd etməliyik. Müxalifətin arzusu budur ki, birləşmək günü əvəzinə, 26 May qarşıdurma günü olsun, nəsə toqquşmalar baş versin və s. Bu, barəsində daha əvvəl də danışdığımız planın bir hissəsidir. Bu həyata keçməyən və heç vaxt həyata keçməyəcək ölkənin ukraynalaşdırılması və maydanlaşdırılması planıdır. Əgər kimsə qanunu pozarsa, radikallaşmaya qanun çərçivəsində cavab veriləcək. Biz heç kəslə qarşıdurmaya getməyi və cəmiyyəti iki yerə bölməyi planlaşdırmırıq. Biz bu günü gürcü xalqı ilə birlikdə qeyd etməyi planlaşdırırıq. Əgər kimsə qanunu pozarsa, dövlət müvafiq şəkildə hərəkət edəcək” – Vladimer Bojadze bildirib.