Vladimer Bojadze - Gürcüstanın nə anti-Amerika, nə də anti-Qərb hökuməti var, hökumətin necə olduğunu Marko Rubio və gürcü xalqı yaxşı bilir
Vladimer Bojadze - Gürcüstanın nə anti-Amerika, nə də anti-Qərb hökuməti var, hökumətin necə olduğunu Marko Rubio və gürcü xalqı yaxşı bilir

 

Təxribat xarakterli suala cavab olaraq Marko Rubio Gürcüstan və “Gürcü Arzusu”ndan bəhs etməyib – bu barədə parlament çoxluğunun üzvü Vladimer Bojadze bildirib.

O bildirib ki, anti-gürcü siyasəti ilə seçilən və Gürcüstanda radikal müxalifəti dəstəkləyən konqresmen Co Uilson ABŞ dövlət katibi Marko Rubioya Konqresdə keçirilən dinləmə zamanı sual verib.

“Bu insan utancverici “MEGOBARI Act”ın müəllifidir. Təxribat xarakterli suala cavab olaraq Marko Rubio Gürcüstan və “Gürcü Arzusu”ndan bəhs etməyib. O dedi ki, əgər dünyada anti-Amerika hökuməti varsa, belə bir hökumətin Amerikaya lazım olub-olmamasını müəyyən edəcəyik. Gürcüstanın nə anti-Amerika, nə də anti-Qərb hökuməti var. Hökumətin necə olduğunu Marko Rubio və gürcü xalqı yaxşı bilir. Yeni administrasiyanın gəlməsindən bir neçə ay keçməsinə baxmayaraq, Amerikanın Gürcüstan və regionla bağlı formalaşmış mövqeyi yoxdur. Ümid edirəm ki, Gürcü-Amerika münasibətləri yeni səhifədən başlayacaq və biz əvvəlki səviyyəyə qayıdacağıq” – Vladimer Bojadze qeyd edib.