Rəsmi Tbilisi Avropa ölkələri ilə vizasız rejimi qoruyub-saxlamaq üçün profilaktik tədbirlər keçirməyə başlayır. Hazırki mərhələdə Gürcüstana qarşı dayandırma mexanizminin aktivləşdirilməsi təhlükəsi yoxdur.Lakin, Almaniyanın Xarici İşlər nazirinin xəbərdarlığından sonra məsələnin daha çox aktuallığı daha çox artır. Vizaliberalizasiyanı və profilaktik tədbirləri müzakirə etmək üçün Gürcüstanın xarici işlər nazirinin müavini yaxın günlərdə Almaniyaya səfər edəcək. Son ayların statistikası göstərir ki, kriminalla bərabər, sığıncaq axtaranların sayı da artır. Parlamentdə də əsas müzakirə mövzusu məhz təhlükəli statistikik göstəricilər və xəbərdarlıq bildirişləri idi. Baş verəcək təhlükə haqqında sualları parlamentdə xarici işlər naziri cavablandırırdı. İstisna deyil ki, Avropa İttifaqı ilə 28 martdan qüvvədə olan vizasız rejimin pozulmasına görə qanunvericilik də sərtləşdirilsin.
Hazırladılar: Şorena Xviçia, Leyla Əkbərova