"Vivamed"in direktoru - Mzia Amağlobeli stasionar şəraitdə müalicə olunur, vəziyyəti stabildir
“Vivamed”in direktoru Zurab Çxaidze klinikaya köçürülən Mzia Amağlobelinin vəziyyətinin bu mərhələdə stabil olduğunu bildirib.
“Pasiyent Amağlobeli xəstəxanamıza gətirilib və stasionar şəraitdə müalicə olunur. O, xəstəxanaya yerləşdirilib və müalicə olunur. Bu mərhələdə onun vəziyyəti stabildir” – Zurab Çxaidze Birinci Kanala açıqlayıb.
“Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelini lazımi tədqiqatlar üçün bu gün klinikaya aparıblar.