"Vivamed"də dünyasını dəyişmiş məhbusun vəkili - Zorakılığın kimin tərəfindən törədildiyini bilmirik, məhbusların bunu təkbaşına edə bilməyəcəyi faktdır
"Vivamed"də dünyasını dəyişmiş məhbusun vəkili - Zorakılığın kimin tərəfindən törədildiyini bilmirik, məhbusların bunu təkbaşına edə bilməyəcəyi faktdır

 

“Vivamed” klinikasında dünyasını dəyişən məhbusun vəkili Muxran Ğurtskaianın bəyanatına əsasən, müvəkkili döyülübmüş və bu işdə penitensiar xidmətin nümayəndələrinin əli olduğundan şübhələnir.

Vəkilin dediyi kimi, ehtimal ki, onun yıxılması və bir yıxılma nəticəsində bu xəsarətləri alması ilə bağlı istintaqın irəli sürdüyü versiya inandırıcı deyil.

“Müvəkkilimi çox ağır xəsarətlərlə klinikaya aparıblar. Kəllə və üz sümüklərində çoxsaylı sınıqlarla. Onun 30-a yaxın xəsarəti var idi və “Vivamed” klinikasına huşsuz vəziyyətdə aparılmışdı. Qldaninin 8 saylı müəssisəsi forma 100-də onun insult keçirdiyini qeyd edib, halbuki “Vivamed” klinikası öz sənədləri ilə insultun mövcudluğunu istisna etdi və onda olan bütün xəsarətlər tam şəkildə təsvir edildi. Bu şəxs amansızcasına döyülüb, işgəncəyə məruz qalıb, bu bir faktdır. Ehtimal ki, onun yıxılması və bir yıxılma nəticəsində bu xəsarətləri alması ilə bağlı istintaqın irəli sürdüyü versiya inandırıcı deyil. Bunu o cümlədən, ekspertiza da təsdiqləyib. Demək olar ki, dörd aydır istintaq gedir və heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. Heç kimi saxlamayıblar. Bu dəhşətli faktı törədən şəxsləri kimlərinsə qoruduğu faktdır” – vəkil bildirib.

O, dünyasını dəyişmiş şəxsin ailəsinin günahkarların cəzalandırılmasını tələb etdiyini deyib.

“Bu hadisədə iştirak edənlərin, eləcə də bu əməllərin cəzasız qalmasına şərait yaradanların cəzalandırılması ailənin tələbidir. Biz bu zorakılığın kimin tərəfindən törədildiyini bilmirik, heç bir versiyamız yoxdur, lakin məhbusların bunu təkbaşına edə bilməyəcəyi faktdır. Mənim və ailənin fikrincə, bu işdə penitensiar xidmətin nümayəndələrinin əli var” – vəkil qeyd edib.