Vitali Kliçko - Şəhərin meri "gözəl" qanuna əsasən, rayon rəhbərinə hətta töhmət belə verə bilməz
Vitali Kliçko - Şəhərin meri "gözəl" qanuna əsasən, rayon rəhbərinə hətta töhmət belə verə bilməz

 

Şəhərin meri “gözəl” qanuna əsasən, rayon rəhbərinə hətta töhmət belə verə bilməz – bu haqda Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko deyib.

Kiyevin meri qeyd edib ki, rayon administrasiyalarının rəhbərlərinə 19 yanvar axşamına qədər paytaxtı qar və buzdan təmizləməyi tapşırıb, əks halda prezidentə müraciət edəcək.

“Paytaxtın rayon dövlət administrasiyalarının rəhbərləri ilə görüşdə bir daha həyətlərin, səkilərin, ictimai nəqliyyat dayanacaqlarının, piyada zonalarının və müəssisələrin ərazilərinin qar və buzdan təmizlənməsi ilə bağlı əmrdən danışdım. Vəziyyəti düzəltmək üçün onlara bu gün axşamadək vaxt verdim! Əks halda, rayon rəhbərlərini (merin razılığı olmadan) təyin edən prezidentə müraciət edəcəyəm ki, kadr tədbirləri görsün. Çünki, şəhərin meri bu “gözəl” qanuna əsasən, rayon rəhbərinə hətta töhmət belə verə bilməz” – Vitali Kliçko qeyd edib.