Vitali Kliçko Rusiyanın Kiyevə ballistik raketlərlə hücum etdiyini bildirir
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib. Bu haqda Kiyevin meri Vitali Kliçko bildirir.
Hücum nəticəsində 3 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Kliçko qeyd edib ki, paytaxta raket hücumu nəticəsində şəhərin bir neçə rayonunda yanğın baş verib.
“Düşmənin hücumu nəticəsində Darnitski və Obolon rayonlarında yanğın baş verib. Xilasedicilər hadisə yerindədirlər” – Kliçko bildirir.