Vitali Kliçko - Kiyevdə elektrik enerjisi və istiliklə bağlı vəziyyət çox çətindir, müharibənin dörd ili ərzində ilk dəfədir belə miqyaslı problemimiz var
Vitali Kliçko - Kiyevdə elektrik enerjisi və istiliklə bağlı vəziyyət çox çətindir, müharibənin dörd ili ərzində ilk dəfədir belə miqyaslı problemimiz var

 

Kiyevdə elektrik enerjisi və istiliklə bağlı vəziyyət çox çətindir, müharibənin dörd ili ərzində ilk dəfədir belə miqyaslı problemimiz var – bu haqda Kiyevin meri Vitali Kliçko bildirib.

Kliçkonun sözlərinə əsasən, müvafiq xidmətlər Rusiyanın zərbəsi nəticəsində zədələnmiş infrastrukturu bərpa etmək üçün 24 saatlıq rejimdə çalışırlar.

“Bu günə olan vəziyyətə görə, Kiyevin təxminən 400 çoxmərtəbəli mənzili istiliksiz qalıb. Elektrik enerjisinin təchizatı ilə bağlı mövcud vəziyyətə gəlincə, bu, çox çətindir. Energetiklər işləyirlər, əllərindən gələni edirlər, lakin bu mərhələdə Kiyev elektrik enerjisinin fövqəladə kəsilmə qrafiki üzrə işləyir. Şəhərin sakinləri hazırda təxminən üç saat elektrik enerjisi ilə təmin olunublar. Təəssüf ki, qəzalı elektrik kəsintiləri davam edəcək. İnsanların vəziyyəti başa düşməsi üçün bu barədə dürüst danışılmalıdır” – Vitali Kliçko bildirib.

Xatırladaq ki, yanvarın 9-da Ukraynaya kütləvi hücum nəticəsində Kiyevdə altı minə qədər yaşayış binası istiliksiz qalıb.