Yeni növ koronavirusa görə, Pekidə insan sağlamlığı üçün yüksək təhlükə vəziyyəti elan edilib.
Müvafiq qərarı Pekinin Səhiyyə Komitəsi verdi.
Qeyd olunan qərar 14 gün ərzində sərt karantin rejiminin elan edilməsini, nəqliyyat infrastrukturunun sanitar inspeksiyasının gücləndirilməsini və kütləvi tədbirlərin görülməsini nəzərdə tutur.
Komitədə elan edirlər ki, virusun yayılmasının qarşısını almaq üçün şəhərdə fövqəladə tədbirlər görüləcək.
Yerli iqtidarın qərarı ilə mədəni müəssisələr bağlıdır və həmçinin, ictimai tədbirlər ləğv olunub.
Bununla yanaşı, yeni koronavirus diaqnozu Pekində 29 nəfərə qoyuldu.
Pasientlərdən birinin vəziyyəti ağırdır.
Təhlükəsli vəziyyət Xubey və Şanxai əyalətlərində də elan edilib.
Çində yayılan yeni koronavirus 25 nəfərin ölümünə səbəb oldu.