Vili Sanioli Millətlər Liqasının oktyabr matçları üçün heyəti açıqlayıb - Gürcüstan yığmasında bir debütant var #1TVSPORT
Vili Sanioli Millətlər Liqasının oktyabr matçları üçün heyəti açıqlayıb - Gürcüstan yığmasında bir debütant var #1TVSPORT

 
Gürcüstanın futbol yığması Millətlər Liqasının növbəti iki oyununu Ukrayna və Albaniya yığmalarına qarşı keçirəcək.

Milli yığmanın baş məşqçisi oktyabrın oyunlarına 23 futbolçunu çağırıb. Onların arasında bir debütant var – “FK Sarajevo”nun hücumçusu, Bosniya və Herseqovina çempionatının bombardiri Qiorqi Quliaşvili.

Ukrayna yığması ilə matç oktyabrın 11-də Polşanın Poznan şəhərində keçiriləcək, “Xaçlılar” Albaniyaya qarşı isə oktyabrın 14-də Tbilisidə Mixeil Mesxi adına stadionda oynayacaqlar.

Gürcüstan yığması yaxınlaşan oyunlara hazırlığa oktyabrın 7-də Polşada başlayacaq.

Gürcüstan yığmasının tərkibi :

Qapıçılar: Qiorqi Mamardaşvili (“Valensiya”, İspaniya), Qiorqi Loria ( “Omonia Aradippou”, Kipr), Luka Quqeşaşvili (“Panserraikos F.C.”, Yunanıstan)

Müdafiə: Quram Kaşia (“Slovani”, Slovakiya), Otar Kakabadze (“MKS Cracovia”, Polşa), Qiorqi Qvelesiani (“Persepolis F.C.”, İran), Solomon Kverkvelia ( “Dinamo Tbilisi”), Laşa Dvali (“APOEL FC”, Kipr), Luka Loçoşvili (“US Cremonese”, İtaliya), Qiorqi Qoçoleişvili (“F.C. Copenhagen” Danimarka), Levan Şenqelia (“OFI Crete F.C.” Yunanıstan), Saba Qoqliçidze (“Empoli F.C.”, İtaliya)

Yarımmüdafiə/Hücum: Otar Kiteişvili (“SK Sturm Graz”, Avstriya), Qiorqi Koçoraşvili (“Levante”, İspaniya), Sandro Altunaşvili (“Wolfsberger AC”, Avstriya), Şota Nonikaşvili (“LNZ Cherkasy”, Ukrayna), Qiorqi Çakvetadze (“Watford F.C.”, İngiltərə), Qiorqi Tsitaişvili (“Granada CF” İspaniya), Zuriko Davitaşvili (“Saint Etien”, Fransa), Xviça Kvaratsxelia (“SSC Napoli”, İtaliya), Qiorqi Quliaşvili ( “FK Sarajevo”, Bosniya və Hersoqovina) Budu Zivzivadze (“Karlsruher SC”, Almaniya), Qiorqi Mikautadze (“Lyon”, Fransa).