Vili Sanioli Ermənistanla Millətlər Liqasının oyunları üçün Gürcüstan yığmasının tərkibini açıqlayıb #1TVSPORT
Gürcüstan yığmasının baş məşqçisi Vili Sanioli Ermənistanla Millətlər Liqasının pley-off oyunları üçün komandanın tərkibini açıqlayıb.
Fransalı mütəxəssisin çalışdırdığı komanda martın 20-də Yerevanda Ermənistanla qarşılaşacaq, martın 23-də isə Tbilisidə, “Dinamo Arena”da rəqibini qəbul edəcək.
İki oyunluq dueldə Ermənistanı məğlub edəcəyi təqdirdə Gürcüstan milli komandası Millətlər Liqasının B Divizionunda yerini qoruyub saxlayacaq.
Yığmanın tərkibində bir debütant var. 20 yaşlı Luka Latsabidze karyerasında ilk dəfə millinin toplanışına dəvət alıb. O, Donetsk “Shakhtar”ına məxsusdur və hazırda “Chornomorets”də icarə qaydasında oynayır.
Gürcüstan yığmasının tərkibi :
Qapıçı: Qiorqi Mamardaşvili (“Valensiya”, İspaniya), Qiorqi Loria ( “Omonia Aradippou”, Kipr), Luka Quqeşaşvili (“Panserraikos F.C.”, Yunanıstan)
Müdafiə: Quram Kaşia (“Slovani”, Slovakiya), Otar Kakabadze (“MKS Cracovia”, Polşa), Laşa Dvali (“APOEL FC”, Kipr), Luka Loçoşvili (“US Salernitana 1919”, İtaliya), Qiorqi Qoçoleişvili (“F.C. Copenhagen” Danimarka), Saba Qoqliçidze (“Empoli F.C.”, İtaliya), İrakli Azarovi (“FC Shakhtar”, Ukrayna), Luka Laçabidze (“Chornomorets”, Ukrayna).
Yarımmüdafiə/Hücum: Otar Kiteişvili (“SK Sturm Graz”, Avstriya), Qiorqi Koçoraşvili (“Levante”, İspaniya), Nika Kvekveskiri (“Nirehaza”, Macarıstan), Anzor Mekvabişvili (“ U Craiova”, Rumıniya), Levan Şenqelia (“OFI Crete F.C.”, Yunanıstan), Qiorqi Tsitaişvili (“Granada CF” İspaniya), Qiorqi Çakvetadze (“Watford F.C.”, İngiltərə), Şota Nonikaşvili (“LNZ Cherkasy”, Ukrayna), Qiorqi Zaria (“FC Kairat”, Qazaxıstan), Zuriko Davitaşvili (“Saint Etien”, Fransa), Qiorqi Quliaşvili ( “FK Sarajevo”, Bosniya və Hersoqovina), Xviça Kvaratsxelia (PSJ, Fransa), Budu Zivzivadze (“FC Heidenheim “, Almaniya), Qiorqi Mikautadze (“Lyon”, Fransa).