Viktor Orban - Venesuela üzərində nəzarətin bərqərar edilməsindən sonra Macarıstan üçün enerji bazarında daha əlverişli vəziyyətin yaranacağına dair ciddi şanslar görürəm
Macarıstanın Baş naziri ABŞ-nin Venesueladakı hərəkətlərini dünyanın gələcəkdə danışacağı “yeni bir dilin” təzahürü olaraq qiymətləndirdi – bu haqda Viktor Orban Budapeştdə keçirilən mətbuat konfransında deyib.
“Dünya gələcəkdə bu dildə danışacaq. Macarıstan üçün vacibdir ki, Venesuela ilə birlikdə ilkin qiymətləndirmələrə görə, ABŞ dünya neft ehtiyatlarının 40-50%-nə nəzarət edə bilər. Bu, dünyada enerji daşıyıcılarının qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək gücdür” – Orban bildirib.
Onun sözlərinə əsasən, Trampın elan etdiyi iqtisadi proqramı həyata keçirmək üçün ABŞ-nin ucuz enerjiyə ehtiyacı var. Orban iddia edir ki, bu, “Budapeşt üçün yaxşı hadisədir”.
“Venesuela üzərində nəzarətin bərqərar edilməsindən sonra Macarıstan üçün enerji bazarında daha əlverişli vəziyyətin yaranacağına dair ciddi şanslar görürəm” – Macarıstanın Baş naziri bildirib.
Məlumat üçün bildirək ki, Macarıstan Venesuelada inkişaf edən hadisələrlə bağlı blokun dərc etdiyi birgə bəyanatı dəstəkləməyən yeganə Avropa İttifaqına üzv dövlətdir.