Viktor Orban, Vaşinqtonla ölkənin iqtisadiyyatını və dövlət maliyyəsini qoruyacaq "maliyyə qalxanı" haqda razılaşmaya nail olduğunu bildirir
Macarıstanın Baş naziri Viktor Orban, Vaşinqtonla ölkənin iqtisadiyyatını və dövlət maliyyəsini qoruyacaq “maliyyə qalxanı” haqda razılaşmaya nail olduğunu bildirib.
Bu haqda Orban Donald Trampla görüşdən sonra danışıb.
“ABŞ Prezidenti ilə maliyyə qalxanı haqda razılığa gəldim. Macarıstana və ya onun maliyyə sisteminə qarşı nəsə xarici hücum olarsa, amerikalılar mənə belə halda Macarıstanın maliyyə sabitliyini qoruyacaqlarına söz verdilər” – Viktor Orban qeyd edib.
Macarıstanın Baş naziri Donald Trampla razılaşmanın nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib, lakin Orban Macarıstanın maliyyə problemləri olmayacağını bildirib.
“Macarıstana və ya onun valyutasına hücum edilə biləcəyi və ya Macarıstan büdcəsinin çətin vəziyyətə düşə biləcəyi fikrini unutmalıdırlar” – Orban bildirib.