Viktor Orban - Ukraynanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik təminatı demək deyil, müvafiq olaraq üzvlük və təhlükəsizlik təminatlarını bir-biri ilə əlaqələndirmək lazımsız və təhlükəlidir
Viktor Orban - Ukraynanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik təminatı demək deyil, müvafiq olaraq üzvlük və təhlükəsizlik təminatlarını bir-biri ilə əlaqələndirmək lazımsız və təhlükəlidir

 

Macarıstanın Baş naziri Viktor Orban bildirir ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik təminatı demək deyil, müvafiq olaraq üzvlük və təhlükəsizlik təminatlarını bir-biri ilə əlaqələndirmək lazımsız və təhlükəlidir. Bu barədə Viktor Orban sosial şəbəkədə yazıb.

“Sübut olundu ki, III Dünya Müharibəsi riskini ancaq Tramp-Putin görüşü ilə azaltmaq olar. Təcrid strategiyasının uğursuz olduğu sübut olundu. Sübut olundu ki, Rusiya-Ukrayna münaqişəsini cəbhə xəttində həll etmək imkansızdır və yalnız diplomatik səylərlə bunu həll etmək mümkündür. Sübut olundu ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik təminatı demək deyil, müvafiq olaraq üzvlük və təhlükəsizlik təminatlarını bir-biri ilə əlaqələndirmək lazımsız və təhlükəlidir” – Orban yazır.

Orban həmçinin Tramp-Putin danışıqları zamanı atılan addımları təqdir edir və danışıqlar prosesinin davam etdirilməsinə dəstəyini ifadə edir.

Avropa İttifaqının mümkün qədər tez Avropa-Rusiya sammitini çağırması Viktor Orbanın təşəbbüsüdür.

Məlumat üçün bildirək ki, Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü təhlükəsizlik təminatlarının bir hissəsi hesab etdiyini bildirib.