Viktor Orban Ukraynada davam edən müharibənin ya 2025-ci ildə sülh danışıqları ilə bitəcəyini, ya da tərəflərdən birinin məhv olacağını bildirir
Macarıstanın Baş naziri Viktor Orban Ukraynada davam edən müharibənin ya 2025-ci ildə sülh danışıqları ilə bitəcəyini, ya da tərəflərdən birinin məhv olacağını bildirir. O, bu barədə macar nəşrinə müsahibəsində deyib.
Orban 2025-ci ildə Ukraynada müharibənin başa çatacağına və Macarıstan da daxil olmaqla Avropanın yenidən böyük iqtisadi uğurlar qazanacağına ümid edir.
“Müharibə 2025-ci ildə bitəcək. Ya sülh danışıqları yolu ilə buna son qoymaq mümkün olacaq, ya da döyüşən tərəflərdən biri məhv olacaq” – jurnalistin müharibə davam etsə, nə baş verəcəyi sualına belə cavab verib.