Viktor Orban - Ukrayna Macarıstanı təhdid edir, "Druzhba" boru kəmərini bağlayıb, strateji ehtiyatlardan istifadə etməyə ehtiyac duyuruq
Viktor Orban - Ukrayna Macarıstanı təhdid edir, "Druzhba" boru kəmərini bağlayıb, strateji ehtiyatlardan istifadə etməyə ehtiyac duyuruq

 

Macarıstanın Baş naziri Viktor Orban bildirir ki, “Druzhba” boru kəməri vasitəsilə tranzitlə bağlı problemlər ölkəni strateji ehtiyatlardan istifadə etməyə məcbur edir.

O, bunun günahkarının Ukrayna olduğunu deyib.

“Ukrayna Macarıstanı təhdid edir. “Druzhba” boru kəmərini bağlayıb. Strateji ehtiyatlardan istifadə etməyə ehtiyac duyuruq. Bu, bugünkü hökumət iclasının gündəliyindəki ilk məsələdir” – Orban bildirib.